Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb
Bağda zeytun ağacları əkilib. Şirkəti tərəfindən Zəfər bayramı münasibətilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib.44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin beşinci ildönümü münasibəti ilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub, şirkət ərazisində Zəfər Bağı salınıb.
Aksiyanın keçirildiyi ərazidə ilk öncə iməkcik təşkil olunub, ərazi yararsız tullantılardan təmizlənərək zeytun ağacları əkilib, aqrotexniki qaydada qulluq işləri aparılıb.
Məlumat üçün bildirək ki, Zəfər Bayramı münasibəti ilə keçirilən iməclik şirkət ərazisində ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Tədbir çərçivəsində Hacıqabul Quşçuluq Şirkəti tərəfindən Zəfər bayram münasibətilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib. Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Hacıqabul Quşçuluq şirkəti həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. Şirkət tərəfindən sosial aksiyaların keçirilməsi bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
2 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır














.jpg)



