“McDonald's Azərbaycan” və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşki edib - FOTO
“McDonald's Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük Zəfərinin 5-ci ildönümünə həsr olunmuş teatr tamaşası təşkil edib.
Səhnə əsərində İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları iştirak edib.
Tamaşanın nümayişi “Qəhrəman övladları səhnədə”sosial layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub.
Tamaşanın süjeti uşaqları “zaman maşını” ilə keçmişə aparır. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri və mütəfəkkirləri ilə görüşürlər. Səhnədə şəhid uşaqları ilə birlikdə çıxış edən peşəkar aktyorlar nəsillərin mirasının, tarixi yaddaşın və milli qürurunəhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda çıxış edən “Zəfər sədası” uşaq xorunun vətənpərvərlik mövzusunda ifaları proqramın sonuna xüsusi emosional çalarlar qatıb.
Layihə “McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Layihə Zəfərin 5-ci ildönümünə həsr olunmuş təşəbbüslər kompleksinin bir hissəsidir.
İmzalanmış memorandum, korporativ sosial məsuliyyət çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.
Son illər ərzində McDonald’s Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birgə xeyriyyə və inkişaf yönümlü bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Onların sırasında şəhid övladlarının məktəb ləvazimatları ilə təmin edilməsi, uşaqların təhsil və inkişafının dəstəklənməsi – tədris proqramları və kurslarının maliyyələşdirilməsi, həmçinin beynəlxalq olimpiadalarda iştirakının təşkili, şəhid və qazilərin ailələrindən olan uşaqlar üçün yay istirahətinin təşkili, eləcə də Novruz, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Yeni il və digər əlamətdar tarixlərə həsr olunmuş tədbirlərin “McDonald’s” restoranlarında keçirilməsi yer alır.
Bu proqramlar tərəflərin uşaqların inkişafı, potensiallarının üzə çıxarılması və özlərinə inamlarının gücləndirilməsi istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyəti əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























