5 trilyon dollarlıq dəyərə çatan ilk şirkət oldu
ABŞ-ın çip istehsalçısı Nvidia, tarixi bir mərhələni keçərək 5 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət olub. Nvidia cəmi dörd ay əvvəl 4 trilyon dollarlıq dəyəri aşmışdı.Nvidia, ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı şirkətin “Blackwell” süni intellekt prosessorları barədə danışacağını açıqlamasından sonra rekorda imza ataraq tarixdə 5 trilyon dollar dəyərə çatan ilk şirkət olub.
Marja xəbər verir ki, bu bəyanat investorlar arasında ABŞ-ın Çinə çip ixracı ilə bağlı məhdudiyyətləri yumşalda biləcəyi barədə gözləntiləri artırıb.
Nvidia səhminin qiyməti 212,19 dollar səviyyəsinə qədər yüksəldikdən sonra 206,15 ətrafında sabitləşib — bu da 2,5% artım deməkdir. Məhz bu səviyyəyə yüksəliş Nvidia-nı 5 trilyon dollarlıq dəyərə çatdırıb.
Tramp jurnalistlərə açıqlamasında “Biz Blackwell-lər haqqında danışacağıq” - deyib. O, çipi “super duper” adlandırıb və Nvidia-nın baş direktoru Censen Huangın (Jensen Huang) yaxınlarda prosessorun bir versiyasını Ağ Evə gətirdiyini bildirib.
Tramp daha əvvəl Nvidia-nın son model süni intellekt çipinin sadələşdirilmiş versiyasını Çinə ixrac etməsinə icazə verə biləcəyini demişdi. Bu, ABŞ-Çin texnoloji münasibətlərində mühüm dönüş və siyasətdə yumşalma ola bilər.
Bu açıqlamalar, dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyi azalda biləcək daha geniş ticarət razılaşmasının mümkünlüyü barədə ümidləri artırıb. Əgər ixrac məhdudiyyətləri azaldılarsa, bu, Nvidia üçün böyük uğur və Vaşinqtonun əhəmiyyətli güzəşti kimi qiymətləndiriləcək.
BofA analitiki Vivek Arya qeyd edib ki, investorların hazırda “Çinlə bağlı gözləntiləri sıfır səviyyəsindədir”, lakin “ticarət məsələlərində hər hansı müsbət dəyişiklik” Nvidia üçün əlavə qazanc yaradar.
Arya əlavə edib: “Şirkət 2025–2026-cı illər üçün 0,5 trilyon dollardan çox sifarişə malikdir və bu da səhm artımını dəstəkləyir.” O, Nvidia-nın səhm qiyməti üçün hədəfini 275 dollara qaldırıb.
Nvidia-nın səhmləri şirkətin illik GTC konfransında verdiyi bir sıra yeni bəyanatlardan sonra bahalaşmaqda davam edib. Səhmlər çərşənbə axşamı daha 5% bahalaşıb, çünki şirkət ABŞ Energetika Nazirliyi ilə birlikdə 7 yeni superkompüterin inşası barədə razılaşma elan edib. Bu superkompüterlərdən biri 10.000 Blackwell GPU istifadə edəcək.
Censen Huang bildirib ki, Nvidia 2026-cı ilə qədər GPU satışlarından 500 milyard dollar gəlir əldə etməyi gözləyir. Şirkət artıq cari ilin ilk yarısında 100 milyard dollardan çox gəlir əldə edib və bu, onu qlobal süni intellekt "bumunun" mərkəzinə çevirib.
Bundan əlavə, Nvidia Uber ilə avtonom avtomobillərin hazırlanması, Eli Lilly ilə dərman kəşfini sürətləndirmək, Nokia ilə 6G texnologiyalarının inkişafı və Palantir, Oracle, Cisco, T-Mobile ilə süni intellekt və telekommunikasiya infrastrukturu üzərində əməkdaşlıq elan edib.
Şirkətin texnologiyası həmçinin Amazon, Foxconn, Caterpillar və Belden kimi nəhənglər tərəfindən sənaye robot sistemlərini gücləndirmək üçün tətbiq edilir. Nvidia, həmçinin Rigetti və IonQ ilə birgə növbəti nəsil kvant superkompüterlərini dəstəkləyəcək NVQLink adlı yeni açıq sistem arxitekturasını təqdim edib.
Bunlardan başqa, son dövrlərdə Samsung Electronics və Hyundai Motor Group kimi nəhənglərlə əməkdaşlıq, şirkətin səhmlərinin sürətlə yüksəlməsinə və bazar dəyərinin daha da artmasına səbəb olub. 2025-ci ilin əvvəlindən bəri səhmlər 50% bahalaşıb, şirkət təkbaşına S&P 500 indeksinin 17%-lik artımının təxminən beşdə birini təmin edib. Microsoft və Apple isə təxminən 4 trilyon dollarlıq bazar dəyəri ilə Nvidia-dan geridə qalırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 39 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb












.jpg)









