Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
ABŞ-ın enerji nəhəngi Exxon Mobil uzunmüddətli yenidənqurma planı çərçivəsində kiçik ofislərini regional mərkəzlərlə birləşdirərək dünya üzrə təxminən 2 min işçisini işdən çıxarmağı planlaşdırır.
Marja xəbər verir ki, Şirkətin baş direktoru Darren Woods çərşənbə axşamı işçilərə göndərdiyi mesajda bu ixtisarların Exxon-un qlobal işçi heyətinin təxminən 3–4%-ni təşkil etdiyini qeyd edib. Exxon-un 70%-inə sahib olduğu "Imperial Oil" isə işçi heyətinin 20%-ni ixtisar edəcəyini açıqlayıb.
Woods, işçilərə yazdığı mesajda rəqabət qabiliyyətini artırmaq üçün çətin qərarlar verdiklərini vurğulayaraq bildirib: “Bu gün açıqladığımız tədbirlər üstünlüklərimizi daha da gücləndirəcək, rəqiblərimizlə fərqi böyüdəcək və gələcək onilliklərdə liderliyimizi qorumağımıza kömək edəcək.”
Exxon-un məlumatına görə, şirkət 2024-cü ilin sonunda dünya üzrə 61 min işçi çalışdırıb ki, bu da 2019-cu ilə nisbətən 20% azdır. "Imperial Oil"in işçi sayı isə 2024-cü ilin sonunda 5100 nəfər olub.
Qeyd edək ki, Chevron, ConocoPhillips və BP kimi iri neft şirkətləri də OPEC və müttəfiqlərinin təklif artımına cavab olaraq neft qiymətlərinin düşməsi fonunda son aylarda minlərlə işçini işdən çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







