Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?
Xətai rayonu, Bakı Ağ Şəhər, Mərkəzi Bulvar küç., 5 üvanında - “Park Həyat” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən obyektin pəncərəsində “Stop Gas Terror” yazılıb.
Obyektin girişində vurulmuş lövhədən məlum olur ki, iş yerində “Şimal Servis” adlı şirkət fəaliyyət göstərir. Nə üçün şirkətin ofisinin pəncərəsində “Stop Gas Terror” şüarı yerləşdirildiyi ilə maraqlandıq.
“Texniki otaqlar şantaj vasitəsinə çevirilib”
“Şimal Servis” QSC-nin rəhbəri Fuad Zülfüqarov Marja.az-a bildirdi ki, Ağ Şəhər layihəsində fəaliyyət göstərən bir sıra iş adamları çətinliklər ilə rastlaşırlar. “Şimal Servis” QSC-nin rəhbəri iddia edir ki, satış məqsədli olmayan texniki otaqların (köməkçi otaqların - red) iş adamları, şirkətlər tərəfindən satın alması üçün süni problem yaradılır:
“Belə ki, bir sıra yaşayış komplekslərinin 1-ci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin texniki otaqları şantaj vasitəsinə çevirilib. Birincisi odur ki, bu texniki otaqlar satış məqsədli olmamalarına baxmayaraq, binaları tikən bəzi MTK-lar həmin sahələrin istifadəsində sahibkarlara əngəllər yaradaraq, texniki otaqları alqı-satqı predmetinə çevirməyə çalışırlar”.
Fuad Zülfüqarov qeyd etdi ki, yaranmış ağır vəziyyət ilə əlaqədar olaraq Bakı Ağ Şəhər layihəsinin rəhbərliyinə, “Azəriqaz”a rəsmi müraciət edilib, lakin indiyədək problem həllini tapmayıb.
“FHN bildirir ki, havalandırma olan yerdə qaz avadanlıqlarının quraşdırılması qadağandır, lakin “Azəriqaz" avadanlıqların köçürülməsindən imtina edir”
Fuad Zülfüqarov “Şimal Servis” QSC-nin kollektivinin üzləşdiyi problem haqqında ətraflı danışdı:
“Məlumat üçün bildirim ki, “Şimal Servis” QSC-nin ofisinin havalandırma sisteminin olduğu texniki otaqda qəsdən qaz avadanlıqları quraşdırılıb. Qaz qızdırıcılarından istifadəsi nəticəsində yaranan zərərli qazlar bizim ofisimizə dolur.
Müraciətlərimizdən sonra yaranmış vəziyyət Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən də araşdırılmışdır. Araşdırma zamanı Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi ev 5 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasına məxsus köməkçi otaqda kombi tipli isitmə cihazı və qonşu obyektin havalandırma borusunun yerləşdirildiyi və kombi tipli isitmə cihazınıdan istifadə zamanı ayrılan dəm qazının qeyri yaşayış obyektinin havalandırma borusu vasitəsilə qonşu obyektlərə dolduğu məlum olmuşdur.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi “Azəriqaz" İstehsalt Birliyinin rəhbərliyinə göndərdiyi məktubda qeyd olunanları nəzərə alaraq sözügedən ünvana baxış keçirilməsi və qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyati üzrə göstəriş verməyini xahiş edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edən zaman operatorlar bildirir ki, havalandırma olan yerdə qaz avadanlıqlarının quraşdırılması qadağandır!
“Azəriqaz”ın əməkdaşları isə bildirirlər ki, qaz avadanlıqları layihə sənədlərinə uyğun olaraq quraşdırılıb və avadanlıqların köçürülməsindən imtina ediblər. Nəticədə dəm qazı “Şimal Servis” QSC-nin ofisinə 2024-cü ilin oktyabr ayından dolur.
Qeyd etdiymi kimi, bu fakt FHN strukturları tərəfindən təsdiq olunub. Lakin avadanlıqların köçürülməsi təmin olunmur və hətta FHN əməkdaşları tərəfindən bu problemin MTK ilə həll olunması tövsiyyə olunur. MTK isə binanın tikintisi 10 il bundan öncə bitməsinə baxmayaraq fəaliyyətini hələ də həmin yaşayış kompleksində davam etdirir. İndi isə qazla şantaj edərək satış məqsədli olmayan texniki otaqları satın almağa məcbur edir. Bu hala müvafiq səlahiyyətli qurumlar göz yumurlar. Görəsən bu haqsızlıqlara və özbaşınalıqlara nə vaxta qədər göz yumulacaq?”
"Sağlamlığımız üçün zərərli şərait və fəaliyyətimiz üçün çətinlik yaranıb”
Fuad Zülfüqarov əlavə etdi ki, sözügedən texniki otaq məhz "Şimal Servis" QSC üçün nəzərdə tutulmasına, bağça üçün isə ayrılmış texniki otaq olmasına baxmayaraq, bağça "Şimal Servis"in ofisi üçün nəzərdə tutulmuş texniki otaqda qaz avadanlıqlarını quraşdırmışdır:
“Nəticədə bizim sağlamlığımız üçün zərərli şərait və fəaliyyətimizə çətinlik yaranmışdır. "Şimal Servis" bağçanın qaz avadanlıqlarının bizim üçün nəzərdə tutulmuş texniki otaqdan köçürülməsini və əməkdaşlarımız üçün təhlükəsiz şəraitin yaradılmasını istəyir”.
Qeyd edək ki, "Şimal Servis" QSC Azərbaycanda ticarət fəaliyyəti ilə məşquldur və əsasən təmir-tikinti alətləri, sərf materialları, tikintidə və istehsalatda istifadə olunan digər materialların aparıcı tədarükçüsüdür. Şirkət Bosch, Makita, Stanley, Einhell, GYS, Fiskars, Esab, Plasmatec, Romana və başqa məhsulların satışı ilə məşğul olur.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 saat sonra
- 6 d. əvvəl
- 31 d. əvvəl
-
8 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
11 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Qızılın qiyməti tarixdə ilk dəfə 4500 dolları keçdi
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Ən çox oxunanlar
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
















