Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252 min ABŞ dolları dəyərində 21 min 815 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb.
2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 28 milyon 374 min ABŞ dolları dəyərində 23 min 965 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti əvvəlki dövrlə müqayisədə 22% artaraq 2.44 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 743 ton, İndoneziyadan isə 21 min 71 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 23 min 512 ton marqarin istehsal edilib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























