“PAŞA Bank” gənc istedadların inkişafına dəstək verir
Sosial məsuliyyətli korporativ vətəndaş kimi “PAŞA Bank” Azərbaycan-Fransa Ticarət Palatası və “Teach for Azerbaijan” təşkilatı ilə birgə “Gənc yazıçılar” adlı sosial layihəyə start verib.
1 avqust 2025-ci ildən icrasına başlanan layihə həssas qruplara aid uşaqların hekayəçilik və özünüifadə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. “Təmiz Dünya” sığınacağında yaşayan 30 uşağa yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, düşüncə və hisslərini sərbəst ifadə etmək üçün təhlükəsiz və dəstəkverici mühit yaradılır.
Proqram çərçivəsində yazı seminarları və nağıl terapiyası sessiyaları, emosional intellekt və incəsənət terapiyası fəaliyyətləri, uşaqların hekayələrinin peşəkar redaktəsi, tərcüməsi, illüstrasiyası və nəşri nəzərdə tutulur.
İki ay davam edəcək təlimlərdən sonra bir ay ərzində hekayə toplusu hazırlanacaq və xüsusi dizayn edilmiş kitab şəklində çap edilərək kənd yerlərindəki uşaq bağçalarına hədiyyə ediləcək. Bu kitab ölkənin müxtəlif bölgələrindəki uşaqlar üçün ilham mənbəyinə çevriləcək.
“PAŞA Bank” üçün uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, özünəinamlarını gücləndirmək və gələcəyə ümidlərini möhkəmləndirmək korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətidir. Bank bu sahədə fəaliyyətini davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























