Bakı metrosu xarici bankdan kredit cəlb edəcək
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda metro nəqliyyatı üzrə nəzərdə tutulmuş və ehtimal edilən tədbirlərin bir hissəsi əvvəlcədən deyildiyi kimi Asiya İnkişaf Bankının (ADB), digər hissəsi isə Asiya İnfrastruktur İnvestisiya Bankının ayıracağı kredit hesabına maliyyələşdiriləcək və artıq bu məsələ də razılaşdırılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata əsasən, Dövlət Proqramında metro nəqliyyatı üzrə nəzərdə tutulmuş tədbirləri ehtiva edən investisiya proqramına “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi” adı verilib. Hazırda layihənin bankların standart və qaydalarına uyğun hazırlanması, qiymətləndirilməsi, icra proseduralarının tərtib edilməsi istiqamətində işlər davam etdirlir və hər iki bankla danışıqlar aparılır.
Bakı metrosu və ADB arasında razılaşdırılmış əməkdaşlıq konsepsiyası özündə 3 istiqaməti ehtiva edir. Bunlar, enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı və mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaqdır. Həyata keçiriləcək tədbirlər metropolitenin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırmasından və tətbiqindən ibarət olacaq.
Bu ilin sonuna qədər bir neçə istiqamətdə birgə səmərəli fəaliyyətə başlanılması, həmçinin tədbirləri ADB-nin texniki yardım çərçivəsində maliyyələşdirməsi nəzərdə tutulur. İlkin mərhələdə zəruri sahələrin araşdırılaraq müvafiq texniki tapşırıqların hazırlanması, texniki yardım fondunun və ekspert qrupunun formalaşdırılması və müvafiq razılıqların alınması ilə bağlı addımların atılması planlaşdırılır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)





