İlk 6 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizə yaxın artıb
“İxrac icmalı”nın iyul sayının ilkin rəqəmləri açıqlanıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayının ilkin rəqəmlərini təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.
2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























