Unicapital beynəlxalq maliyyə tədbirində iştirak etdi – FİNTEX SAMMİT 2025
(®) Unicapital İnvestisiya Şirkəti 24-25 iyun tarixlərində regionun aparıcı maliyyət tədbirlərindən biri olan “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə iştirak edib.
“Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş tədbirdə 300-ə yaxın beynəlxalq və regional təşkilatlardan 1500-dən çox nümayəndə iştirak etdi.
İki günlük sammit çərçivəsində 50-yə yaxın yerli və beynəlxalq spikerin 7 tematik panel üzrə çıxışları baş tutdu.
Unicapital-ın direkroru Tofiq Həsənov da panel müzakirələrində spiker qismində iştirak etdi. Öz çıxışı zamanı o, investisiya imkanlarının geniş kütlələr üçün əlçatan edilməsi, həmçinin rəqəmsal maliyyə alətlərinin tətbiqi ilə bağlı baxışlarını bölüşdü. T.Həsənov öz təqdimatında real təcrübəyə əsaslanan bank-fintex əməkdaşlığı nümunələrinə xüsusi yer ayırdı.
Sammit Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirildi.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)





.jpg)





