Ələt Azad İqtisadi Zonasına sərmayə axtarılır - Sədr Valeh Ələsgərov Koreyaya səfər edib
Azərbaycan Koreya istehsalçılarını Ələt Azad İqtisadi Zonasına (AİZ) cəlb etməkdə maraqlıdır.Bunu Ələt Azad İqtisadi Zonasının imkanlarını və investorlar üçün imtiyazları təqdim etmək məqsədilə Seula səfər etmiş AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov “The Korea Herald” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan yüksək əlavə dəyərə malik ixracyönümlü məhsulların istehsalı üzrə ixtisaslaşmış Koreya istehsalçılarının axtarışındadır.
"Azərbaycan Cənubi Koreya ilə sənaye sahəsində əməkdaşlıqda maraqlıdır və bu ölkənin istehsalçılarını Ələt Azad İqtisadi Zonasına sərmayə qoymağa dəvət edir", - V.Ələsgərov bildirib.
O qeyd edib ki, Cənubi Koreyaya səfəri çərçivəsində ölkənin aparıcı qurumlarının, o cümlədən Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib. Danışıqlarda məqsəd Ələt AİZ-in imkanlarının təşviqi və əməkdaşlıq perspektivlərini müzakirəsi olub.
"Bu təşkilatlar zonalara səmimi maraq göstərib. Həmişə dediyim kimi, biz istənilən təklifi nəzərdən keçirməyə hazırıq, lakin innovativ texnologiyalar təqdim edəcək, beynəlxalq standartlara uyğun olacaq və ixracyönümlü istehsala can atacaq investorlara üstünlük verəcəyik", - o bildirib.
V.Ələsgərovun sözlərinə görə, AİZ-də istehsal olunan məhsulların ən azı 75 %-i xaricə ixrac edilməlidir: "Bu tələb zonanın rəqabətqabiliyyətliliyini təmin etməyə və yalnız yerli bazara yönəlmiş kiçik müəssisələrin yaranmasının qarşısını almağa xidmət edir".
İdarə Heyətinin sədri əlavə edib ki, Koreya sənayesi, xüsusilə maşınqayırma, elektronika, avtomobil istehsalı və əczaçılıq sahələri Ələt AİZ-in strateji məqsədlərinə cavab verir.
Ələt AİZ həmçinin hazır infrastruktur və mühəndis kommunikasiyaları ilə təmin olunmuş sənaye təyinatlı torpaq sahələri təqdim edir ki, bu da layihələri dərhal və ən az xərclərlə həyata keçirməyə imkan verir", - o bildirib.
"Azərbaycanın strateji mövqeyi Koreya şirkətlərinə regionda iştiraklarını genişləndirmək üçün yol açır”
Azərbaycanın strateji mövqeyi qonşu regionlarda mövcudluğunu genişləndirməyə çalışan Koreya istehsalçıları üçün böyük üstünlükdür.
Bunu Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov “The Korea Herald” nəşrinə müsahibəsində bildirib.
Cənubi Koreya və Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayan AİZ-in sədri sənaye, xüsusilə istehsal sahəsində ikitərəfli əməkdaşlığın kifayət qədər inkişaf etmədiyini diqqətə çatdırıb.
Bununla yanaşı, V.Ələsgərov inkişaf etmiş sənaye potensialına malik olan Koreyanın Azərbaycanın əsas tərəfdaşına çevriləcəyinə ümidvar olduğunu bildirib.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























