Azər Türk Bank UnionPay ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı ®
Dövlət bankı Azər Türk Banka aid ATM-lərdə və POS-terminallarda UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar vasitəsilə əməliyyatlar və ödənişlər artıq mümkündür.
Yaxın zamanda UnionPay kartlarının elektron ticarətdə də qəbuluna başlanacaqdır.
UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə vəsilə olacaqdır.
Qeyd edək ki, UnionPay kartları Azərbaycan da daxil olmaqla dünyanın 183 ölkə və regionunda qəbul edilir və Çinin materik hissəsindən kənarda buraxılan kartların ümumi sayı 200 milyonu ötür.
Xatırladırıq ki, Bankımızın ənənəvi POS-terminal, habelə “atb pos” (mobil POS), “e-commerce” (elektron ticarət) və “e-pos” kimi müasir xidmətlərindən istifadə edən sahibkarlar UnionPay International və həmçinin Visa, Mastercard və JCB (Japan Credit Bureau) International beynəlxalq ödəniş sistemlərinə aid kartlar ilə ödənişləri yerinə yetirə bilirlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
52 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - FOTOLAR
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib






















