Startup World Cup Azərbaycan 2025: Regionun iddialı startapları səhnəyə çıxır
Qalib startap San Fransiskoda keçiriləcək finalda Azərbaycanı təmsil edəcək və 1 milyon ABŞ dolları investisiya uğrunda mübarizə aparacaq.20 iyun tarixində Daş Muzeyində baş tutacaq müsabiqədə, qalib startap San Fransiskoda keçiriləcək final mərhələsində ölkəmizi təmsil edəcək.
Dünyanın ən böyük startap müsabiqələrindən biri olan Startup World Cup bu il də Azərbaycanın innovasiya və texnologiya sahəsindəki istedadlarını bir araya gətirir. “SABAH.angels” və “Pegasus Tech Ventures” təşəbbüsü ilə keçiriləcək tədbir, regionun ən perspektivli startaplarını bir platformada toplayacaq.
70-dən çox ölkəni əhatə edən bu yarışma, iştirakçılara beynəlxalq tanınma, qlobal investorlarla əlaqə və texnologiya sahəsində əməkdaşlıq imkanları təqdim edir. Seçim mərhələləri və tədbirlər vasitəsilə komandalar öz ideyalarını təqdim etməklə yanaşı, qlobal şəbəkəyə daxil olmaq fürsəti də qazanırlar.
Yerli və regional startaplar yarışma çərçivəsində ideyalarını beynəlxalq səviyyədə təqdim etmək imkanı qazanacaqlar. Yeddi nəfərlik jüri heyəti tərəfindən seçiləcək qalib, San Fransiskoda keçiriləcək finalda Azərbaycanı təmsil edəcək və 1 milyon ABŞ dolları investisiya uğrunda mübarizə aparacaq.
SABAH.Hub və yarışmanın yerli təşkilatçısı olan SABAH.angels-ın icraçı direktoru Alya Abbaszadə bildirib ki, Startup World Cup bu il “Baku ID” İnvestisiya Günləri çərçivəsində keçiriləcək və bu da tədbirin daha geniş auditoriyaya çatmasına imkan yaradacaq:
“Azərbaycanı, startapların beşiyi sayılan ABŞ-da təmsil edəcək layihənin seçilməsi bizim üçün böyük qürurdur. Belə bir qlobal platformanın regional tərəfdaşı olmaq həm sevindirici, həm də məsuliyyətlidir. Müsabiqə yerli startapların beynəlxalq səviyyədə tanınması və ölkədə innovasiya mədəniyyətinin güclənməsi baxımından mühüm rol oynayır.”
Müsabiqədə iştirak etmək istəyən startapların qeydiyyatı üçün:
www.startupworldcup.io/azerbaijan-regional
Əlavə məlumat almaq üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)








