Azərbaycanın şirkətlər qrupunda yığıncaq keçirilib, yeni təyinatlar olub
“Crystal Group of Companies” ASC-nin ümumi yığıncağı keçirilib.
Marja.az xəbər verir ki, yığıncaq zamanı şirkətin fəaliyyət istiqamətləri üzrə görülən işlərə dair ətraflı müzakirələr aparılıb, eləcə də struktur və kadr dəyişiklikləri, idarəçilik mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində mühüm qərarlar qəbul olunub.
Toplantıda çıxış edən “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev şirkətin gələcək strategiyasına uyğun olaraq idarəetmədə çevikliyin artırılması, resursların daha effektiv idarə olunması və korporativ inkişafın sürətləndirilməsi məqsədilə bir sıra yeni vəzifə təyinatlarının həyata keçirilməsi barədə yığıncaq iştirakçılarına məlumat verib.
Belə ki, Rəsul Rəsulov və Rəfail Niftəliyev “Crystal Group of Companies” ASC-nin İdarə Heyəti Sədrinin müavini, Eldəniz Əlimərdanov satınalma və kommersiya şöbəsinin müdiri,Emin Nəzərli “Crystal Mebel- İnteryer” şirkətinin direktoru vəzifələrinə təyin olunublar.
Şirkətin rəhbərliyi yeni təyinatların kollektivdə müsbət dinamika yaradacağına və qarşıya qoyulan strateji hədəflərin icrasına töhfə verəcəyinə əminliyini bildirib.
“Crystal Group of Companies” ASC fəaliyyət göstərdiyi bütün sahələr üzrə innovativ idarəetmə, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq ölkənin tikinti sektorunda mövqeyini daha da gücləndirməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















