Sığorta ödənişi "qəza protokollarına çıxış" ilə sürətlənəcək
İcbari Sığorta Bürosunun informasiya sistemi DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) cərimələrin qeydiyyatı sistemi ilə inteqrasiya ediləcək.
Bu barədə "Marja"ya İcbari Sığorta Bürosundan bildirilib.
DİN BDYPİ ilə Büronun texnoloji müstəvidə birgə əməkdaşlığı səmərəli məcrada davam edir. Daha əvvəl BDYPİ-nin avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri sistemi ilə əlaqələndirilmiş AVSMMİS sisteminin qarşıdakı dövrdə yol polisinin cərimələrin qeydiyyatı sistemi ilə inteqrasiyası da gündəmdədir. Belə bir inteqrasiyanın baş tutması sığorta tələblərinin idarə edilməsi sahəsində yeniliklərə yol aça bilər. Belə ki, Büronun yol polisi tərəfindən yolnəqliyyat hadisələri üzrə tərtib olunmuş qəza protokollarına çıxışı AVSMMİS növü üzrə sığorta tələblərinin tənzimlənməsi prosesinin sürətləndirilməsinə təkan verə bilər.
Dövlət Gömrük Komitəsinə AVSMMİS informasiya sisteminə çıxışın təqdim edilməsi də nəzərdə tutulur:
"AVSMMİS növü üzrə sərhəd sığortası və Yaşıl Kart müqavilələrinin mövcudluğuna nəzarət Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilir. Hazırda DGK ilə Büronun aidiyyatı informasiya sistemləri arasında əlaqə olmadığından, gömrük sərhədlərində nəzarət işinin təşkili zamanı Büronun veb-səhifəsində yerləşdirilmiş müvafiq elektron xidmətə və ya Yaşıl Kart şəhadətnamələrinə istinad edilir. Bu prosesin avtomatlaşdırılması DGK-ya Büronun Yaşıl Kart sisteminə çıxışın təqdim edilməsi vasitəsilə mümkündür və bu istiqamətdə iki qurum arasında ilkin razılıq əldə olunmuşdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)






