Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq
Mingəçevir Sənaye Parkının yeni qeydiyyata alınan rezidenti tərəfindən 2300-dən artıq iş yeri yaradılacaq.Azərbaycan-Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkının rezidentliyi statusu verilib.
Agentlikdən Marja.az-a verilən məlumata görə, layihə çərçivəsində Sənaye Parkının ərazisində mahlıc, iplik, parça, geyim istehsal edəcək müəssisələr inşa olunacaq və bununla da ölkəmizdə ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq.
Almaniya, İsveçrə, İspaniya, Türkiyə kimi ölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq.
İnvestisiya dəyəri 153 milyon manat təşkil edən layihə çərçivəsində 2300-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İstehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























