“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub
(®) İnnovasiya və sürət lideri "Bakcell", dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən Müasir Marketinqin Əsasları (Essentials of Modern Marketing) qlobal təşəbbüsünə qatılıb. Qısa zamanda dünya və Azərbaycan oxucularına təqdim olunacaq kitabda ölkənin aparıcı şirkətlərinin uğur hekayələri yer alacaq.
“Kotler Impact” tərəfindən idarə olunan qlobal layihədə təqdim olunan kitab silsiləsi hər bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq prinsipləri ilə birləşdirir. Layihə çərçivəsində artıq 25-dən çox ölkənin, o cümlədən Avropa ölkələri, Braziliya, Hindistan, Pakistan, Türkiyə və s. bazarları haqqında nəşr edilən kitablar oxucuların böyük marağına səbəb olub. Azərbaycan nəşri ölkəmizin biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.
"Bakcell" bu layihəyə dəstək verməklə Azərbaycanın və regionun innovativ marketinq yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 d. əvvəl
-
5 d. əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
-
28 d. əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
37 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
40 d. əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
40 d. əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
58 d. əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


























