YIĞIM Ödəniş Sistemi sayəsində Azərbaycanda ilk dəfə American Express kartları ilə onlayn ödənişləri rahat şəkildə qəbul etmək mümkün oldu!
YIĞIM Ödəniş Sistemi böyük sevinc hissi ilə ABB (Azərbaycan Beynəlxalq Bankı) vasitəsilə American Express kartlarından Azərbaycanda ilk dəfə onlayn ödəniş qəbulu imkanını öz sisteminə daxil etdiyini elan edir.
Ekvayrinq sahəsində atılmış bu mötəbər addım ABŞ və AMEX (American Express) kartlarının geniş yayıldığı digər ölkələrdən olan müştərilərə rahat şəkildə xidmət göstərilməsinə şərait yaradacaq!
American Express kartlarının üstünlükləri nələrdir?
AMEX kartları öz istifadəçiləri üçün xüsusi imkanlar və imtiyazlar təklif edir. Bu imkanlar isə öz növbəsində AMEX kartlarını premium müştərilər və çoxsaylı səfərlər edən iş adamları üçün ideal seçimə çevirir. Kartın təqdim etdiyi imtiyazlar arasında hava limanlarında olan VIP zallara girişlər, loyallıq proqramları və endirimlər, keşbek və kart sahibləri üçün xüsusi təklifləri qeyd etmək olar.
Bəs American Express kartları ilə edilən ödənişlərin qəbulu nə üçün vacibdir?
AMEX kartları ilə edilən onlayn ödənişləri qəbul etmək imkanı Azərbaycan biznesləri üçün yeni bazarların qapılarını açır, xüsusilə də ABŞ və AMEX kartlarının geniş yayıldığı digər ölkələrdən olan turistləri cəlb etmək üçün geniş fürsətlər yaradır. Premium və yüksək alıcılıq qabiliyyəti olan müştərilərin cəlbi həmçinin bu sahədə xidmət keyfiyyətinin artmasına gətirib çıxaracaq.
YIĞIM Ödəniş Sistemi olaraq beynəlxalq müştərilər üçün bu cür məsələlərin həllinin vacibliyini başa düşür və onların rahatlığını təmin edilməsi üçün rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi üzərində çalışırıq.
American Express kartları vasitəsilə edilən onlayn ödənişlərin qəbulu biznesiniz üçün hansı üstünlükləri vəd edir?
Yeni müştəri axını: Turistlər və işguzar adamlar AMEX kartlarından otellərdə və ticarət nöqtələrində geniş istifadə edir. Bu isə biznesinizə yeni əlavə müştərilərin cəlb olunması deməkdir.
Beynəlxalq rəqabət qabiliyyəti: AMEX kartlarından ödəniş qəbulu xarici müştərilər və tərəfdaşlar üçün biznesin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır, beynəlxalq müstəvidə şirkətin imicini gücləndirir.
Rahatlıq və təhlükəsizlik: AMEX kartlarının YIĞIM Ödəniş Sistemi vasitəsilə inteqrasiyası müasir ödəniş üsullarına çıxışı və əməliyyatların tam təhlükəsizliyini təmin edir.
ABB ilə tərəfdaşlığımız sayəsində biz Azərbaycanın ekvayrinq infrastrukturunun təkmilləşdirilməsində irəliyə doğru bir addım ataraq, bizneslərə dünyanın hər yerindən müştəriləri cəlb etmək üçün yeni imkanlar təqdim edirik. Biz əminik ki, American Express kartları ilə onlayn ödənişləri qəbul etmək imkanı bütün tərəfdaşlarımız üçün yeni perspektivlər yaradacaq.
YIĞIM Ödəniş Sistemi – Azərbaycanın ilk PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatını almış ilk Fintech şirkətidir, fərdi və korporativ müştərilər üçün innovativ ödəniş həlləri təqdim edir. Həmçinin Azərbaycanda internet və mobil tətbiq üzərindən "Google Pay" və "Apple Pay" ödənişlərinin qəbulunu təmin edən ilk şirkətdir.
2017-ci ildən fəaliyyət göstərən YIĞIM Ödəniş Sistemi, bazarın lideri olaraq Bolt Taxi, Bolt Food, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər 300-dən çox yerli və beynəlxalq şirkətin ödənişlərini qəbul edir.
Şirkətin missiyası – ölkədə nağdsız iqtisadiyyatın inkişafına töhfə verən rahat, etibarlı və təhlükəsiz rəqəmsal ödəniş ekosisteminin yaradılmasıdır. Şirkətin əsas fəaliyyət istiqamətləri bunlardır: onlayn və mobil ödənişlər üçün qabaqcıl texnologiyaların inteqrasiyası, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, əməliyyatların maksimum təhlükəsizliyinin təmin edilməsi və fintech sahəsində innovasiyaların dəstəklənməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
4 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
4 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Ən çox oxunanlar
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib




















