Azəri-Çıraq-Günəşlidən neft hasilatı 2 milyon ton azalıb
Hasilatı quyularının sayı artsa da, neft hasilatı azalıb.2024-cü ildə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (97 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (10 000) platformalarından birlikdə – gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.
Marja.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir.
Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.
Xatırladaq ki, 2023-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (86 000), Şərqi Azəri (58 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olmuşdu.
2023-cü ilin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olmuşdu.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














