Tramp qlobal bazarları "alt-üst etdi"
ABŞ prezidenti Donald Tramp 3 ölkə ilə ticarət müharibəsinə başlatması, qlobal bazarlarda kəskin qiymət dəyişikliklərinə səbəb olub.ABŞ prezidenti Donald Trampın Fevralın 4-dən etibarən Kanada, Meksika və Çinə yeni gömrük rüsumları (tariflər) tətbiq etmək qərarı, həftənin ilk ticarət günündə qlobal bazarları formalaşdırır.
Marja.az xəbər verir ki, tariflərin əsas təsiri ABŞ dollarının bahalaşmasına və səhmlərin ucuzlaşmasına səbəb olub. Dollar bütün G-10 və inkişaf etməkdə olan bazar valyutaları qarşısında dəyər qazanıb.
Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəsinə düşüb, Meksika pesosu isə dollar qarşısında 3% ucuzlaşıb. Avro/dollar da 1,3 faiz ucuzlaşaraq ötən həftəki itkiləri artırıb.
Trampın fevralın 1-də tarifləri imzalayacağını elan etməsindən sonra Wall Street indeksləri cümə günü aşağı düşüb. S&P 500 0,50 faiz, Nasdaq 100 isə 0,14 faiz ucuzlaşıb. ABŞ indeksi fyuçersləri təxminən 2 faiz ucuzlaşıb.
Asiya fond bazarları yeni həftəyə kəskin itkilərlə başlayıb. Yaponiyanın Nikkei 225 indeksi təxminən 3 faiz ucuzlaşıb. Çində bazarlar Ay Yeni ili bayramı ilə əlaqədar həftənin ilk iki günü bağlı qalacaq.
ABŞ dollarının bahalaşması "təhlükəsiz liman" tələbini üstələdiyi üçün qızıl qiymətləri ucuzlaşıb. Kriptovalyuta investorları Trump-ın tariflərinə müxtəlif aktivlərdəki mövqelərini azaltmaqla cavab veriblər ki, bu da Ether-in 27 faizə qədər ucuzlaşmasına səbəb olub.
Tariflər neftin qiymətini yüksəldib. Bakı vaxtı ilə saat 10:15-də Brent nefti 1.4% bahalaşma ilə 76,42 dollardan ticarət olunub.
Tramp ticarət müharibəsinə başladı
ABŞ prezidenti Donald Tramp həftə sonu Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxal edilən mallara isə 10 faiz rüsum tətbiq edən fərman imzalayıb.
Yeni tariflər çərşənbə axşamı Vaşinqton vaxtı ilə saat 12:01-də qüvvəyə minəcək. Tramp təhdidlərini yerinə yetirib ticarət müharibəsinə başladıqdan sonra bu üç ölkədən ABŞ-a reaksiya dərhal olub.
Kanadanın Baş naziri Castin Trudeau ölkəsinin çərşənbə axşamından etibarən 155 milyard Kanada dolları (106 milyard dollar) dəyərində ABŞ mallarına 25% rüsum tətbiq edəcəyini söyləyib, Meksika prezidenti Klaudiya Şeynbaum də cavab veriləcəyini vəd edib.
Eynilə, Trampın məhsullarına 10 faizlik rüsum tətbiq etdiyi Çinin Ticarət Nazirliyi də Ümumdünya Ticarət Təşkilatında hüquqi tədbirlər görəcəyini vəd etsə də, əks tariflər ilə açıq şəkildə təhdid etməkdən çəkinib. Tramp Avropanın da onun hədəfi olduğunu xəbərdar etsə də, Avropa İttifaqı belə bir addıma “sərt cavab verəcəyini” açıqlayıb.
Gömrük rüsumlarının qlobal iqtisadi artım perspektivinə, qəfil daha yüksək idxal rüsumları ilə üzləşən şirkətlərin mənfəətinə və maliyyə bazarlarına təsir edəcəyi gözlənilir.
Bloomberg Economics hesab edir ki, Trump-ın bu addımı ABŞ-ın ümumi daxili məhsuluna (ÜDM) və geniş şəkildə izlənilən əsas PCE göstəricisinə zərbə vurmaqla ölkə iqtisadiyyatına “əhəmiyyətli tədarük şoku” yaradacaq.
AlixPartners-a görə, Trampın Kanada və Meksikaya tətbiq etdiyi gömrük rüsumları avtomobil sənayesinə əlavə vergilər şəklində 60 milyard dollara başa gələ və avtomobillərin qiymətlərini 3000 dollar artıra bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 4 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)






.jpg)






