Azərbaycan şirkəti gürcüstanlı tərəfdaşlar ilə Qəbələdə içkilərin istehsalı zavodunu tikəcək
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) gürcüstanlı tərəfdaşlarla birlikdə Qəbələ rayonunda spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutur.
Bu barədə Marja.az AİŞ-ə istinadən xəbər verir.
Qeyd edilib ki, bu isə qida sənayesinin inkişafında mühüm addım olacaq.
Bundan başqa, Gəncədə “Azərbazalt” MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.
Azərbaycan İnvestisiya Şirkətinin ən böyük və əhəmiyyətli layihələrdən biri də Macarıstanın “HELL Energy” şirkəti ilə birlikdə həyata keçirilən Quality Pack Caspian layihəsini qeyd etmək olar. Quality Pack Caspian Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Bu zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə, ixrac potensialının inkişafına imkan yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir















