Dollar ilə bağlı kritik məlumat açıqlandı
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, Dekabrda ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 156 min məşğulluq yaradıb. Məşğulluğun 175 min olacağı gözlənirdi.
Dekabrda işsizlik göstəricisi isə 4,7%-ə qalxıb. İqtisadçılar da işsizliyin 4.7%-ə qalxacağını gözləyirdilər. Noyabrda ABŞ-da işsizlik 4,6%-ə düşmüşdü.
ABŞ-da saatlıq maaşlar illik 2,9% artıb. Proqnoz 2,8% idi.
Bunlardan başqa Noyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 178 mindən 204 minə dəyişdirilib. Orta saatlıq maaşlar da aylıq müqayisədə 0.4% ilə gözləntiləri aşıb. Gözlənti 0.3% artım idi. Ölkədə işçi qüvvəsinə qatılma nisbəti dəyişməyərək 62.7%-də qalıb.
Qlobal bazarlar məlumatı sakit qarşılayıb. Saatlıq maaşlardakı müsbət meyl önə çıxır. Analitiklər açıqlanan məlumatın Fed-in mövqeyinə təsir etməyəcəyini bildirirlər. Fed-in bu il ən azı 3 dəfə faiz artıracağı gözlənilir. Bu səbəbdən dollar bahalaşmaqda davam edir.
Məşğulluq və maaş göstəricisi, məşğulluq bazarının 2017-də istehlakçı xərclərini dəstəkləməyə davam edəcəyini göstərir. Məşğulluq bazarı ümumi mənada yaxşılaşır. Bu il də maaşlarda artımın davam edəcəyi gözlənilir.
NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?
Bu məlumat, Fed-in Dekabr ayındakı faiz artırmasından sonra ilk, Obama dövründə açıqlanan son kənd təsərrüfatı xaric məşğulluq göstəricisidir. Fed-in faizi artırdığı Dekabr ayının protokolları məşğulluğun rəsmilər üçün əsas məsələlərdən biri olduğunu göstərmişdi. İşsizlik nisbəti geriləməyə davam edərkən FOMC üzvləri məşğulluq bazarında həddən artıq "qızma" baş verib vermədiyini müzakirə edir.
FED ÜÇÜN NƏ QƏDƏR YETƏRLİDİR?
Fed, məşğulluq bazarının gəldiyi nöqtədə həddindən artıq "qızmasından" narahatdır. Yellen məşğulluqda vəziyyətin güclü olduğu fikrindədir. Fed sədri, ABŞ iqtisadiyyatının ayda 100 min yeni məşğulluq yaratmasının yetərli olduğunu söyləmişdi. Fed rəsmisi Uilyamsa görə isə 80 min də kifayətdir.
Kənd təsərrüfatı xaric məşğulluq - kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya (proqnozdan yüksək rəqəm) ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.
DOLLAR BAHALAŞIR
Məlumatın açıqlanmasından sonra, Dollar Avro qarşısında cüzi bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
















.jpg)






