3-cü dəfə Access2Success layihəsinə start verildi
AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib(®) Sizin yerli Avropa bankınız - AccessBank, qadın sahibkarlığını dəstəkləmək və biznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə Access2Success layihəsinə üçüncü dəfə start verdiyini elan edir.
Layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik və peşəkar bacarıqların gücləndirilməsinə yönəlib. Access2Success layihəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir.
Bu il layihəyə qatılmaq üçün 300-ə yaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkar seçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsində bilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsində peşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq və marketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq. Bütün bu biliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.
Layihənin əsas məqsədi qadın sahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkar inkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqram həmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təmin etmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib.
"Access2Success layihəsi və onu artıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Bizim məqsədimiz Azərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesin inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, Access2Success layihəsi güclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafının stimullaşdırılması istiqamətində mühüm bir addımdır", - bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib:
“Qadın sahibkarlığının inkişafı AYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraq dəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıq subyektlərinin təxminən 23% xanımlara məxsus olduğunu nəzərə alsaq, qadın sahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyük imkanlar var. Bununla da, qadın sahibkarların zəruri məsləhət və maliyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm də yerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir”, - bunu AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri Samir Həmidov bildirib.
İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 44 d. əvvəl
-
53 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
56 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























