“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə Avrozonada, İngiltərədə, Amerikada açıqlanan statistik göstəricilər, xüsusilə də Amerikada dərc olunan “NFP” hesabatı sonrası dolları valyuta birjalarında aqressiv şəkildə bahalaşdı. Belə ki, dollar qarşısında EUR/USD məzənnəsi 1 sent, GBP/USD məzənnəsi isə 2 sent ucuzlaşdı. Dollar istisna, digər major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl isə 2690$-a kimi bahalaşdı.
Geridə qoyduğumuz həftənin son ticarət günü ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft hasilatı və ixracatçısı olan “Qazprom Neft” və “Surqutneftegas” və onların törəmə şirkətlərini sanksiya siyahısına əlavə etməklə, Rusiyanın enerji gəlirlərini azaltmaq üzrə G7 öhdəliyini yerinə yetirmək üçün hərtərəfli addımlar atıb. Nəticədə, neft qiymətlərində kəskin bahalaşma yaşandı. “Brent” nefti 2024-cü ilin oktyabrından bəri ilk dəfə 80$ həddinin üzərinə yüksəldi.
Cari ticarət həftəsində isə çərşənbə günü Amerikada və İngiltərədə, cümə axşamı günü Almaniyada, cümə günü isə Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və cümə axşamı İngiltərədə dərc olunacaq ÜDM hehsabatı investorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftəyə 1.03$ səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0440 səviyyəsinə qədər yüksəlsə də, burada “ayıların” ciddi müqaviməti ilə üzləşərək kəskin ucuzlaşdı və həftəlik şamını 1.0240 səviyyəsində tamamladı.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxlaya bilsələr, eniş tendensiyası 1€ = 1$ həddinə kimi davam edə bilər.
GBP
Keçən həftəyə 1.2420 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 2 sent ucuzlaşdı və həftəni 1.22$ səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı və CPİ göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.22$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2697$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”ın müqaviməti ilə üzləşən “sarı metal” 2690$-a kimi ucuzlaşdı. Hazırda 2688$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2700$, 2727$ və 2740$ hədləri çıxış edir.
OİL
İran, xüsusilə də, Rusiyaya əlavə sanksiyaların tətbiqi fonunda “Brent” nefti 2024-cü ilin oktyabr ayından bəri ilk dəfə 80$ həddinin üzərinə yüksəldi. Həftəlik şamını 79.96$ səviyyəsində tamamlayan OLİUK, cari həftəyə 81.54$ həddində başladı. Həftəyə “gap” ilə start verən “Brent” neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət hədləri kimi, 81.80$, 82.90$ və 84.20$ hədləri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 saat sonra
-
16 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu



















