Dekabrda dünya ərzaq qiymətləri düşüb
Dünyada şəkər, süd məhsulları, bitki yağları və dənli bitkilərin qiymətləri azalıb, mal əti qiymətləri isə artıb.Dünya ərzaq məhsullarının qiymətləri dekabr ayında şəkərin ucuzlaşması ilə əlaqədar əvvəlki ayla müqayisədə azalsa da, illik müqayisədə (ötən ilin dekabr ayı ilə müqayisədə) yüksək səviyyədə qalıb.
Marja xəbər verir kiu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi (The FAO Food Price Index (FFPI)) dekabrda 127 bəndə düşüb.
Daha əvvəl 127,5 olaraq açıqlanan noyabr ayı ərzaq qiymətləri indeksi 127,6-ya yenilənib.
Ərzaq qiymətləri indeksi dekabr ayında əvvəlki ilin səviyyəsindən 6,7 faiz yuxarı olduğu halda, 2022-ci ilin mart ayında pik səviyyəsindən 20,7 faiz aşağıdır.
"FAO-nun Ərzaq Qiymətləri İndeksi - 2024-cü ilin dekabr ayında şəkər, süd məhsulları, bitki yağları və dənli bitkilərin qiymət indekslərindəki azalma ət qiymətlərindəki artımlardan daha çox olduğu üçün noyabr ayı səviyyəsindən 0,6 bənd (0,5 faiz) azalaraq 127 bənd təşkil edib.
İndeks bir il əvvəl müvafiq səviyyəsindən 8 bənd (6,7 faiz) yuxarı, lakin 2022-ci ilin martındakı ən yüksək səviyyədən 33,2 bənd (20,7 faiz) aşağıdır. Bütövlükdə 2024-cü il üçün indeks 2023-cü ildəki orta qiymətdən 2,6 bənd (2,1 faiz) aşağıdır",- FAO bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























