Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi
Lider mobil operator milli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirir(®) 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında lider mobil operator jurnalistlərin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş xüsusi təlim təşkil edib. Beynəlxalq təlim şirkəti tərəfindən keçirilən kurs çərçivəsində media nümayəndələrinə ən yeni media tendensiyalar və qabaqcıl texnologiyalar barədə geniş məlumat təqdim edilib.
Təlimi giriş nitqi ilə açan Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova müasir jurnalistikada rəqəmsal biliklərin əhəmiyyətini vurğulayıb. S. Abbasova bu təlimin mətbuat nümayəndələrinin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirdib.
Təlimin birinci hissəsini İstanbul İstinye Universitetinin departament rəhbəri, daha öncə isəMassaçusets Texnologiya İnstitutunda süni intellekt üzrə araşdırmaçı qismində fəaliyyət göstərmiş Şebnem Özdemir aparıb. Təlim süni zəkanın jurnalistikada istifadə imkanlarına həsr olunmuş müzakirələrlə davam etdi. Türkiyənin Anadolu agentliyində media eksperti Büşra Begçecanlı bu sahədə olan geniş təcrübəsini təlim iştirakçıları ilə bölüşüb.
Ekspertlər medianın gələcəyini formalaşdıran cari tendensiyalar və texnologiyalar, süni intellekt vasitəsilə məzmun yaradılması, saxta xəbərlər, media manipulyasiyası riskləri, rəqəmsal dövrdə etik standartların saxlanılması kimi mövzular haqqında iştirakçılara dolğun məlumatlar təqdim ediblər.
Şirkət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
5 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
7 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
10 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
12 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir




























