Ziraat Bank Azərbaycan VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu
(®) 03-04 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, həmçinin Mastercard-ın qlobal tərəfdaşlığı ilə VIII Beynəlxalq Bankçılıq Forumu (IBF 2024) keçirildi.
“Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən forumun rəsmi tərafdaşlarından biri Ziraat Bank Azərbaycan olub.
İki gün davam edən tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və mütəxəssisləri bir araya gələrək maliyyə və bank sektorundakı innovativ həlləri, rəqəmsallaşma proseslərini, ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
Tədbir maliyyə texnologiyalarında gələcək tendensiyalara dair fikir mübadiləsi üçün geniş platforma yaradıb.
Forumda iştirak edən Ziraat Bank Azərbaycan, tədbirə verdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 9 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Facebook, Instagram, Twitter, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub





















