Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ərzində beynəlxalq birjalarda yüksək volatillik müşahidə olunub. Belə ki, EUR/USD cütlüyü 1.0449 səviyyəsindən 1.0529 səviyyəsinə qədər bahalaşıb. Lakin, artıq səhər saatlarında məzənnə 1.0425 səviyyəsinə kimi ucuzlaşıb. GBP/USD cütlüyü eyni dövr ərzində 1.2612 həddindən 1.2507 həddinə qədər geriləyib. USD/JPY cütlüyü cari hətənin əvvəlindən indiyədək 153.560 və 154.700 səviyyələri aralılğında kəskin dəyişib.
Dünən Almaniyanın “IFO” tədqiqat institutu tərəfindən dərc olunan məlumatlara əsasən, Almaniyanın Biznes Mühiti İndeksi noyabr ayında 86.5 bənd səviyyəsindən 85.7 bənd səviyyəsinə qədər enib. Həmçinin, ölkənin Cari Qiymətləndirilməsi İndeksinin 85.7 bənddən 84.3 bəndədək, Biznes Gözləntiləri İndeksi isə 87.3 bənddən 87.2 bəndədək zəifləyib.
Qızılda eniş tendensiyası artıq iki gündür davam edir. Dəyərli metalın qiyməti 2721$ səviyyəsinə qədər yüksəldikdən sonra kəskin şəkildə ucuzlaşıb və hal-hazırda 2623$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin bir barrel üçün qiyməti isə 75.25$-dan 72.70$-a qədər geriləyib. Qızıl qiymətləri dollar indeksində korreksiyaya və ABŞ dövlət istiqrazlarının gəlirliyinin azalmasına baxmayaraq enir. Neft qiymətlərini güclü dollar, eləcə də Yaxın Şərqdə ki, münaqişənin mümkün həlli ilə bağlı xəbərlər təzyiq altında saxlayır.
Bugün investorların diqqət mərkəsində olacaq əsas xəbərlər, ABŞ-da “Conference Board” analitik şirkəti tərəfindən dərc olunacaq ölkədə İstehlakçıların İnam İndeksi və açıqlanacaq Yeni Mənzil Satışlarının Həcmi göstəriciləridir. Eləcə də, Bakı vaxtı ilə saat 23:00-da Amerikada “FOMC”-ın toplantı protokolları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)








.jpg)






