9 ay ərzində 406 min hektara yaxın əkin sahəsi sığortalanıb, 11 milyon manata yaxın haqq toplanıb
9 ayda fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3 milyon 790 min manat sığorta ödənişi edilib.Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri və fermerlərə sığorta ödənişləri artmaqdadır.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 9 ayının yekunlarına əsasən cari ildə ölkəmizdə 405 604 hektar əkin sahəsi sığortalanıb.
Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub.
2024-cü ilin ilk 9 ayı ərzində kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10 milyon 856 min manat sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib.
Həmçinin bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1 milyon 412 min manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.
Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən ölkəmizin fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3 milyon 790 min manat sığorta ödənişi edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi.
Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib.
Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40%-dən çox artım baş verib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
24 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
27 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
37 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 48 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb

























