“PAŞA Bank” “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda iştirak edib
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, 18 oktyabr tarixində Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda iştirak edib. Forum, Azərbaycan Mərkəzi Bankı, BMT-nin Azərbaycandakı nümayəndəliyi və müxtəlif maliyyə sektoru assosiasiyaları tərəfindən “29 İqlim Müzakirələri: COP29-a Gedən Yol” təşəbbüsünün bir hissəsi olaraq təşkil olunub.
Tədbirdə “PAŞA Bank”ı təmsil edən İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib ki, Bank korporativ sektorun aparıcı oyunçusu olaraq dayanıqlı maliyyə alətlərinin inkişafına xüsusi diqqət ayırır.
“COP29 kontekstində, maliyyə institutu olaraq bazarda yeni alətlərə ehtiyacın artdığını görürük. 2021-ci ildən etibarən yaşıl iqtisadiyyat, yaşıl maliyyələşdirmə və yaşıl istiqraz sahəsində cəhdlər etməyə başlamışıq. Regulyativ bazanın olmaması, yaşıl istiqraz terminologiyası ilə bağlı çətinliklər olsa da, bir neçə yaşıl təşəbbüsü maliyyələşdirmişik,” deyə, Nağıyev qeyd edib.
Bank rəsmisi, artıq ESG (ekoloji, sosial və idarəetmə) reytinqlərinin verilməsinin maliyyə təşkilatlarını bu istiqamətdə addımlar atmağa təşviq etdiyini vurğulayıb.
“Artıq maliyyələşmə prinsiplərimizə ESG çərçivəsini aşılamışıq və bu, kredit siyasətimizin bir hissəsidir. Uzunmüddətli strategiyamızda, risk perspektivindən sənaye bazasında aktivlərin formalaşdırılması və düzgün alətlərin tətbiqi prioritetdir,” deyə, Nağıyev bildirib.
O, “PAŞA Bank”ın hazırda bir neçə layihə üzərində işlədiyini və yaxın zamanda bəzi istiqraz buraxılışlarının olacağını qeyd edib.
“Bank maliyyələşmələri həm də fondlar vasitəsilə təşkil etməyə çalışır. Burada, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının özünəməxsus fondları var. Müxtəlif banklar da var ki, yaşıl təşəbbüsləri maliyyələşdirmək üçün öz fondlarına sahibdir. Biz həmin fondlarla əməkdaşlıq edərək, onların maliyyə alətlərini yerli bazarda təklif edirik. Biz bu sahədə körpü rolunu oynayaraq öz töhfəmizi verməyə çalışırıq,” Nağıyev bildirib.
O, Sahibkarlığın İnkişafı Fondunun yaşıl təşəbbüsləri maliyyələşdirmək üçün təqdim etdiyi maliyyə alətləri və Naxçıvanda və Qarabağda həyata keçirilən yaşıl layihələr barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda müxtəlif sektorları təmsil edən nümayəndələr qlobal iqlim böhranı ilə mübarizədə “yaşıl” maliyyənin əhəmiyyəti, effektiv tənzimləmə çərçivələri və yaşıl təşəbbüslərə özəl sektor investisiyalarını cəlb etmək strategiyaları haqqında müzakirələr apardılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
37 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
5 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
5 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı























