“Azəripək” MMC-də pambıq parça istehsalına başlanılacaq
Şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC (keçmiş “Şəki-İpək” ASC) uzun illərdir ki, Azərbaycanda ipəkçiliyin inkişafına öz töhfəsini verməkdədir. Müəssisədə istehsal olunan xam ipək, kəlağayı, ipək şərf və digər məhsullar daxili tələbatı ödəməklə yanaşı, İran, Türkiyə və Rusiyaya ixrac edilir. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində MMC-də 10,2 ton yüksəkkeyfiyyətli xam ipək istehsal olunub. Doqquz ayda müəssisə tərəfindən daxili və xarici bazarlara 1 milyon 703 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən daxili bazara 1 milyon 207 min manatlıq, xarici bazarlara isə 496 min manatlıq ipəkçilik məhsulları göndərilib.
“Azəripək” MMC-nin direktoru Səməd Nəbiyevlə müəssisənin fəaliyyəti və qarşıda duran vəzifələr barədə söhbət edib.
Birnövbəli iş rejimində fəaliyyət göstərmək üçün ildə 400 tonadək yaş barama tələb olunur
Müəssisənin fəaliyyətinin, ilk növbədə, zəruri xammal bazasından asılı olduğunu vurğulayan MMC-nin direktoru bildirib ki, 2024-cü ildə müəssisəyə respublikanın 34 rayonundan 174 ton yaş barama daxil olub. Birnövbəli iş rejimində işləmək üçün isə müəssisəyə ildə ən azı 400 ton yaş barama lazımdır. Mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan istehsalatı yalnız cari ilin dekabrın 15-dək fəaliyyət göstərə biləcək. Ona görə də barama istehsalının artırılması qarşıda duran ən vacib şərtlərdən biridir. Direktorun sözlərinə görə, müəssisədə ikinövbəli iş rejimində fəaliyyət göstərmək üçün hər cür şərait var. Bunun üçün isə ildə 800 tonadək yaş barama lazımdır.
Pambıqla süni sapların qarışığından olan parçaların istehsalına başlanılacaq
Gələcəkdə daha çox tələbat olan pambıq və süni saplardan toxunan, həmçinin pambıqla süni sapların qarışığı olan parçaların istehsalına başlamağı planlaşdırdıqlarını vurğulayan Səməd Nəbiyev deyib: “Vaxtilə burada pambıq parçaların toxunuşu ilə məşğul olan sex fəaliyyət göstərib. Həmin avadanlıqlar artıq köhnəlib, əksəriyyəti işlək vəziyyətdə deyil. 2025-ci ilin yanvarından müəssisədə pambıq parça istehsalına başlamağı planlaşdırırıq. Əsas məsələ istehsalçıdan pambıq sapların alınaraq bizə verilməsidir. Azərbaycan Sənaye Korporasiyasının tərkibində olan “Azərpambıq ASK” MMC ilə ilkin razılıq əldə olunub. Gələn ilin yanvarında müəssisəmizə pambıq saplar veriləcək və biz istehsala başlayacağıq. Bu məqsədlə 10 dəzgahımızı bərpa edərək istehsalata hazır vəziyyətə gətirmişik. İlkin mərhələdə bu avadanlıqlardan istifadə edəcəyik. Gələcəkdə işlərimiz yaxşı gedərsə, tələbat artarsa, yeni, müasir dəzgahların alınması məsələsinə də baxa bilərik”.
Qeyd edək ki, hazırda müəssisədə baramaaçan, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 265 nəfər daimi işçi çalışır.
Baramaaçan istehsalatında 3 ayda 25 tona yaxın quru barama emal olunub
Baramaaçan istehsalatı müəssisənin ən böyük istehsal sahələrindən biridir. İstehsalatın meneceri Şükür Bayraməliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu istehsalatın birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 140-145 ton quru barama tələb olunur. Onun sözlərinə görə, baramaaçan istehsalatında olan mexaniki dəzgahların hamısı istehsalatdan çıxarılıb. Hazırda burada avtomat baramaaçan dəzgahlar işləyir. Bu dəzgahlarda gün ərzində baramanın keyfiyyətindən asılı olaraq 150-155 kiloqram xam ipək istehsal edilir.
Ümumiyyətlə, baramaaçan istehsalatında gündəlik olaraq orta hesabla 440-470 kiloqram barama emal olunur.
Baramaaçan istehsalatı builki mövsümdə iyulun 8-də fəaliyyətə başlayıb və indiyədək 24 ton 897 kiloqram quru barama emal edilib.
Fəaliyyətini dayandıran xalça sexində yenidən ipək xalça toxunur
İstehsalatın meneceri Qüdrət Quliyevlə söhbət zamanı məlum oldu ki, burada sifarişə uyğun olaraq 75x75, 110x110, 150x150 santimetr ölçüdə ipək kəlağayılar və 190x65 santimetr ölçüdə ipək şərflər istehsal edilir. Məhsullar əsasən daxili bazara, həmçinin İran və Türkiyəyə ixrac olunur.
Ay ərzində boyaq-bəzək istehsalatında 3 mindən çox kəlağayı istehsal edilir.
“Azəripək” MMC-də digər istehsal sahələri ilə yanaşı, xalçaçılığın inkişafı ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Xammal, yəni ipək sap çatışmazlığı səbəbindən bir müddət fəaliyyətini dayandıran xalça sexində 2020-ci ilin sentyabrından yenidən ipək xalça toxunmasına başlanılıb. Ötən müddət ərzində sexdə Şəki, Quba, Şirvan, Qarabağ və digər bölgələrə aid müxtəlif ölçülərdə xeyli sayda ipək xalça toxunub.
İstehsalata rəhbərlik edən Gülnaz Nurəhmədovanın sözlərinə görə, sexdə toxunan ipək xalçalar xaricdə toxunanlardan xeyli fərqlənir, sıxlığı çox yüksəkdir. Bir kvadratmetrlik ipək xalçada 490 min ilmə var. İpək saplar müəssisənin özündə istehsal olunur, boyaq-bəzək sexində rənglənir.
Ümumiyyətlə, 2024-cü ilin 9 ayı ərzində “Azəripək” MMC-nin ayrı-ayrı istehsalatlarında 9 min kvadratmetr xam ipək parça toxunub, 6465 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 1470 ədəd güllü şərf, 501 ədəd güllü çitmə, 7517 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 3824 kiloqram ağ və 304 kiloqram qara vata, 4148 kiloqram ilməlik sap və digər məhsullar istehsal edilib. Həmin müddətdə 4 ədəd ipək xalça toxunub.
© Azərtac
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















