Ölkənin ən böyük bankından 235 milyon manatdan çox xalis mənfəət!
ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 235 milyon 85 min manat xalis mənfəətlə başa vurub.
Marja.az xəbər verir ki, 2024-cü ilin 9 ayı ərzində ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 896 milyon 260 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% və ya 156 milyon 170 min manat çoxdur.
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 88 milyon 640 manat olub. Həmçinin Bank tərəfindən əməliyyat mənfəətindən 54 milyon 254 min manat mənfəət vergisi hesablanıb.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-ci ilin sonu ilə müqayisədə 20,58% və ya 1 milyard 39 milyon 70 min manat artaraq 6 milyard 87 milyon 833 min manata çatıb. 2024-cü ilin 9 ayında, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri üzrə portfel 437 milyon 167 min manat artaraq 2 milyard 941 milyon 782 min manata yüksəlib.
MƏCMU KAPİTALI 1,6 MİLYARD MANAT OLUB
30 sentyabr 2024-cü il tarixində "ABB" ASC 1 milyard 627 milyon 961 min manat məcmu kapitala malik olub. III-cü rüb sonunda ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.70%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.35% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir.
BANK TƏRƏFİNDƏN YENi SƏHM BURAXILIŞI
"ABB" ASC səhmlərinin ilkin kütləvi təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandıqdan sonra özəl sektorun Bankdakı payı 7.8%-ə yüksəlib. ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin ümumilikdə reallaşan həcmi 56.53 milyon manat təşkil edib.
30 sentyabr 2024-cü il tarixində ABB-nin cəmi aktivləri 13 milyard 436 milyon 626 min manat, öhdəlikləri isə 11 milyard 549 milyon 831 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
52 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















