Aydın Əliyevin ixracatçılarla görüşü keçirilib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Yevlax şəhərində ixracatçılarla görüşü keçirilib.
Komitədən verilən məlumata görə, A.Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib. Gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib.
Gömrük sahəsində aparılan islahatlar barədə danışan DGK sədri görülən işlərə “elektron bəyannamə”yə keçid, “yaşıl dəhliz”in tətbiqi və sair işlərin daxil olduğunu bildirib. Qeyd olunub ki, yaradılmış şərait hesabına daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi mexanizmi respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir.
A.Əliyev diqqətə çatdırıb ki, respublikada aqrar sektoru inkişaf etdirmək və ixrac potensialını artırmaq qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə mühüm addımların atıldığını söyləyən Komitə sədri vurğulayıb ki, dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizin bütün regionları inkişaf edir, kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur. Xüsusən meyvə-tərəvəz məhsullarının istehsalı və emalına toxunan Komitə sədri məlumat verib ki, 2017-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəzin ixracında çəki nisbətində 62 faiz artım qeydə alınıb. Qeyd edilib ki, bu gün Azərbaycan üçün yeni, böyük bazarlar açılıb. Çin bazarına 360 milyon dollarlıq mal ixrac olunub. Bu isə meyvə-tərəvəz deyil, spirtli və spirtsiz içkilər və s. qeyri-neft məhsullarıdır ki, bu da qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Digər ölkələrdən isə Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına xüsusi maraq göstərir.
Komitə sədri ölkədə gömrük rəsmiləşdirilməsinin tam şəffaf qaydada həyata keçirildiyini vurğulayıb, lakin yaradılan münbit şəraitə baxmayaraq, hələ də bəzi iş adamlarının gömrük vergi və rüsumlarından yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini aşağı göstərməyə çalışdıqlarını bildirib və onları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Daha sonra iş adamları gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə gömrük orqanlarının fəaliyyətini dəyərləndirib, həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsilə bağlı bu cür görüşlərin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb













.jpg)


.jpg)









