Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət bu il 2 milyon dollara yaxın zərər edib
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2024-cü ilin ilk yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Mədən şirkətinin gəlirləri 2024-cü ilin ilk yarısında 13,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə azdır. 2023-cü ilin birinci yarısında “Anglo Asian" 30,8 mln. ABŞ dolları gəlir əldə etmişdi.
AAM bu ilin yanvar-iyun aylarında 13,04 milyon dollar həcmində 6 min unsiya (bir unsiya üçün 2,174 ABŞ dolları ) külçə qızıl satışı həyata keçirib. Ötən ilin eyni dövründə şirkət 10,506 unsiya qızıl külçə (2023-cü ilin birinci yarısı: 1,939 dollar) satışı həyata keçirib. Başqa sözlə, qızıl qiymətinin artması həcmdəki azalmanı nisbətən kompensasiya edib. Mis konsentratının satışları isə 0,5 milyon dollara qədər azalıb(2023-cü ilin birinci yarısı: 10,4 milyon dollar)
Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul vəsaitləri son bir ildə 0,6 milyon ABŞ dollarından 3,2 milyon dollara yüksəlib. Bu dövrdə maliyyə xərcləri isə 0,7 milyon dollardan 1,2 milyon dollara yüksəlib.
Şirkət gələcək inkişaf üçün investisiyaları artırdığını açıqlayıb. Mədən işlənməsi və digər əsaslı xərclərə 6,3 milyon dollar yönəldilib. 30 iyun 2024-cü il tarixinə "Anglo Asian"ın xalis borcu isə 12 milyon dollara çatıb(31 dekabr 2023: 10,3 milyon ABŞ dolları).
AAM ümumilikdə bu ilk yarısı üzrə mənfəətdən zərərə keçib. Belə ki, şirkət ötən ilin ilk yarısında 5,6 milyon dollar xalis mənfəət əldə etdiyi halda bu ilin eyni dövründə 1,7 milyon zərər edib.
© APA
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 2 d. əvvəl
- 4 d. əvvəl
-
14 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
26 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb














.jpg)







