Avtomobil icarəsi şirkətlərinin də fəaliyyəti nəzarətə götürüləcək
Qanunvericilik aktlarına əlavə və dəyişikliklər ilə bağlı fikirlər irəli sürülüb, avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması müzakirə edilib.Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılan və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Marja-ya verilən məlumatda bildirilir ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, “Turizmin inkişafı” İşçi qrupun rəhbəri, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Tematik qrupun rəhbəri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, aidiyyəti dövlət qurumlarının, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda avtomobil icarəsi sahəsinin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin yaradılması üzrə müzakirələr aparılıb.
İclas zamanı özəl sektor, aidiyyəti dövlət qurumları ilə aparılmış müzakirələrin nəticələri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri və avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.
Bildirilib ki, bu sahənin dövlət tənzimlənməsi təşəbbüsü sahibkarların qarşılaşdıqları çətinliklərin və qeyri-qanuni fəaliyyət nəticəsində üzləşdikləri haqsız rəqabətin aradan qaldırılması, eyni zamanda onların səmərəli iqtisadi fəaliyyətinə, eləcə də sahənin investorlar üçün cəlbediciliyinə şərait yaradılması ilə bağlı, məhz özəl sektorun çağırışlarına cavab olaraq irəli sürülüb.
Müzakirələr çərçivəsində irəli sürülmüş layihələrə dair aidiyyəti qurumların nümayəndələrinin, həmçinin şirkətlərin təmsilçilərinin rəy və təklifləri dinlənilib, sahənin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı fikirlər irəli sürülüb.
Daha sonra müzakirələrdə qaldırılan məsələlərin təhlil edilməsi, aidiyyəti qurumların layihələrlə bağlı rəy və təkliflərinin ümumiləşdirilməsi və müvafiq qərarlar qəbul edilməsi üçün yekun layihələrin qısa müddət ərzində Komissiyaya təqdim edilməsi barədə Tematik qrupa tövsiyələr verilib.
Məlumat üçün qeyd edək ki, “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















