600 nəfərə yaxın mütəxəssisin iştirakı ilə “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilib - FOTOLAR
Hazırda bütün dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması və eyni zamanda onlara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir və bu məqsədlə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
Bu istiqamətdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq, APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə 2024-cü il 18-20 sentyabr tarixlərində “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda Bakıda Avropanın və Asiyanın nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilib. Forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuşdur.
Qeyd edək ki, Forumda IFAC-ın prezidenti xanım Asmaa Resmouki və eləcə də Avropa və Asiya ölkələrinin peşəkar qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər də olmaqla Azərbaycan Respublikasının nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai əhəmiyyətli qurumlarının nümayəndələri, ölkənin maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 600 nəfərə yaxın mütəxəssislər də iştirak etmişdir.
Forum iştirakçıları Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. Bildirilib ki, həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır. Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq.
Forumun Açılış və Bağlanma mərasimində xarici qonaqlara Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq məqsədilə zəngin mədəni proqram təşkil olunmuşdur. Gələcək əməkdaşlığın davam etdirilməsi məqsədi ilə Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Əməkdaşlıq Memorandumları imzalanmışdır.
Forumun Azərbaycanda rəsmi koordinatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş Peşəkar Mühasib Təşkilatı - Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) çıxış edir. APFM Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, ICB/ICFM Global təşkilatının Azərbaycanda rəsmi nümayəndəsidir və 2007-ci ildən etibarən 8 forumun təşkilatçısı olmuşdur. APFM-in 1000 yaxın peşəkar mühasib üzvü var.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 saat sonra
-
4 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















