“Qoldenpey” şirkəti də Mərkəzi Bankdan lisenziya aldı
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə (Hesab.az brendi) elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
"Qoldenpey" ASC-nin də yaydığı məlumatda bildirilir ki, 17 il öncə yaranmış Azərbaycanın onlayn ödəmələr bazarında ilk fintek şirkəti "Qoldenpey" ASC-yə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Elektron Pul Təşkilatı lisenziyası verilib.
Şirkət Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununa əsasən müddətsiz lisenziya almaq üçün Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bank tərəfindən şirkət fəaliyyətinin şəffaf qiymətləndirilməsi həyata keçirildikdən sonra 17 iyul 2024-cü il tarixində “Qoldenpey” ASC-yə müddətsiz lisenziya verilmişdir.
Şirkət EPT-009 saylı lisenziyası əsasında elektron pul təşkilatı olaraq aşağıdakı fəaliyyətləri həyata keçirə bilər:
- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
- kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
- ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
- pul köçürməsi;
- ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
- hesab üzrə məlumat xidməti.
“Elektron Pul Təşkilatları bazarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənməsi iştirakçıların öz istifadəçilərinə yüksək keyfiyyətli, şəffaf, təhlükəsiz xidmət təklif etməsinə səbəb olur. 17 illik təcrübəmizlə bu imkanlardan yararlanaraq ölkəmizin rəqəmsal maliyyə ekosistemində davamlı və yalnız müsbət təsirlər yaratmağı hədəfləyirik” - “Qoldenpey" ASC-nin Baş icraçı direktoru Eynar Abdullayev bildirir.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlayan "Qoldenpey" ASC Azərbaycanın ilk onlayn ödəniş həlləri təqdim edən şirkətidir. Hal-hazırda "Qoldenpey" ASC müştərilərinə Hesab.az onlayn ödəniş portalı, ekvayrinq və müxtəlif onlayn ödəniş həlləri kimi innovativ rəqəmsal maliyyə xidmətləri təklif edir. "Qoldenpey" ASC şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.goldenpay.az saytından, *0713 Çağrı Mərkəzindən və ya rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















