Satışında problem yoxdur
Ağstafa rayonunda bu il 242 hektar ərazidə günəbaxan əkilib. Sahibkarlar artıq günəbaxan sahələrində məhsul yığımına başlayıblar.
Rayonun Soyuqbulaq kəndində fermer Elşən Məmmədov da 50 hektar ərazidə günəbaxan yetişdirib. Fermer bildirib: “50 hektar sahədə bol günəbaxan məhsulu yetişdirmişəm. Becərmə dövrü bütün aqrotexniki qaydalara əməl etmişik. Artıq məhsul yığımına başlamışıq, bir hektardan 1,5-2 ton məhsul gözləyirik. Gələcəkdə əkin sahələrini 100 hektaradək genişləndirməyi planlaşdırmışam”.
Fermerlər məhsulun satışında da heç bir problemlə qarşılaşmırlar. Günəbaxan kombayınla biçiləndən sonra qurudulur, kisələrə yığılandan sonra isə sahədəcə satılır.
Qeyd edək ki, vətəni Amerika olan günəbaxanın Azərbaycanın əksər rayonlarında adi növü əkilir. Günəbaxan dənələrindən yeyinti sənayesində, boya sənayesində və tibbin müxtəlif sahələrində istifadə olunur. Günəbaxanın yaşıl kütləsi isə heyvandarlıqda silos kimi əvəzsiz məhsuldur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















