Müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksi açıqlandı - SİYAHI
Azərbaycan Mərkəzi Bankı "2024-cü ilin iyul ayı üzrә bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksi"ni dərc edib.
Marja xəbər verir ki, aşağı şikayət indeksində AZӘRBAYCAN SӘNAYE BANKI ASC, RABİTӘBANK ASC, KAPİTAL BANK ASC, PREMİUM BANK ASC, XALQ BANK ASC, BANK VTB (AZӘRBAYCAN) ASC və PAŞA BANK ASC yer tutub.
Orta şikayət indeksində AFB BANK ASC, YELO BANK ASC, UNİBANK ASC, EXPRESSBANK ASC, BANK RESPUBLİKA ASC, BANK BTB ASC, ACCESSBANK QSC, AZӘRBAYCAN BEYNӘLXALQ BANKI ASC və AZӘR-TÜRK BANK ASC qərarlaşıb.
Yüksək şikayət indeksində isə BANK OF BAKU ASC, TURANBANK ASC və YAPI KREDİ BANK AZӘRBAYCAN QSC yer tutub.
Kateqoriyaların izahı:
- yuxarı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn yuxarı olan)
- orta şikayәt indeksi
- aşağı şikayәt indeksi (hesablama nәticәsindә әldә olunan orta göstәricidәn aşağı olan)
Qeyd:
- Yuxarıda qeyd olunan kateqoriya üzrә göstәriclәr şikәyәt sayı vә müştәri bazasına görә aylıq әsasda dәyişә bilәr;
- Cәdvәldә yer almayan banklar üzrә ay әrzindә Mәrkәzi Banka şikayәt daxil olmamışdır.
Şikayәt indeksinin metodologiyası: Banklar üzrә şikayәt indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadә olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/Müştərilər üzrə bazar payı
Şikayәtlәr üzrә bazar payı – Mәrkәzi Banka bir ay әrzindә daxil olan şifahi, yazılı vә vәtәndaş qәbulu üzrә şikayәtlәrin hәr bir bank üzrә sayının ümumi bank sektoru üzrә olan şikayәtlәrin sayına nisbәtidir. Tәkrar şikayәt, elәcә dә kredit üzrә güzәştlәrin verilmәsi, kredit istәnilmәsi vә Mәrkәzi Bankın sәlahiyyәtlәrinә aid olmayan digәr mövzularla bağlı şikayәtlәr hesablamadan istisna olunmuşdur.
Müştәrilәr üzrә bazar payı – cari hesab qalığı 100 manat vә yuxarı olan, habelә son üç ayda әn azı bir әmәliyyat aparmış bank müştәrilәrinin hәr bir bank üzrә olan sayının ümumi bank sektoru üzrә olan sayına nisbәtidir.
Şikayәt indeksinin izahı: İndeks hәr-hansı bank tәrәfindәn göstәrilәn maliyyә xidmәtlәrinin hәcmi vә әhatә dairәsi nәzәrә alınmaqla, hәmin bankın müştәri xidmәtlәri ilә bağlı Mәrkәzi Banka daxil olan şikayәtlәrin proporsionallığı prinsipi әsasında hesablanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
3 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

















.jpg)



.jpg)



