Bank "Şlyapa Zahid"ə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov məhkəməyə bir neçə vəsatət təqdim edib.
O bildirib ki, Zahid Niftəliyevin burada oturmasının əsas səbəblərindən biri "Ata Bank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir:
"Xahiş edirəm ki, Dəyanət Quliyevin məhkəmədə dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Nəcməddin Sadıkov ilə mərhum vergilər naziri arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaqa materiallar təqdim etmişik. Lakin istintaq Nəcməddin Sadıkovu dindirməyib. Xahiş edirəm ki, o məhkəməyə çağırılaraq dindirilsin".
Vəkil, həmçinin bildirib ki, “Ata Bank”ın xəzinədarı Barat Heydərov istintaqda Z.Niftəliyevə kassadan qeyd edilən məbləğdə vəsaiti çıxarıb verdiyini deyib.
Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib.
Dövlət ittihamçısı istintaq orqanı tərəfindən təmin olunan materialların əsaslı olduğunu, ona görə də verilən vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə vəsatətlərlə bağlı qərarı elan edib. qərara əsasən, hazırkı mərhələdə vəsatətlər baxılmamış kimi saxlanılıb, lakin növbəti mərhələdə baxıla biləcəyi də vurğulanıb.
Proses zamanı “Ata Bank”ın nümayəndəsi Z.Niftəliyevə qarşı 24 milyon 234 min manat mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.
Daha sonra prokuror ittiham aktını elan edib. Müttəhim Z.Niftəliyev özünü təqsirli bilməyərək ittihamı da qəbul etmədiyini deyib.
Həmçinin o, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib və Tərtər Hərbi Məhkəməsi ona şərti cəza verməyib. O, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Daha sonra Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
© “Report”
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
6 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
6 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
6 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
6 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
6 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
6 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır


















