Bu il və gələn il ABB səhmləri sahiblərinin 15 faiz və daha çox qazanacağı gözlənilir
ABB səhmlərinə abunə yazılışı davam edir"2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq".
Marja xəbər verir ki, bunu ABB-nin İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev bildirib.
O qeyd edib ki, ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurub, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu: "2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə tamamlamışdıq, bu isə, son illərdə ABB-nin və ümumən ölkə banklarının mənfəətində ən yüksək göstərici idi. Cari ilin ilk altı ayının nəticələri isə göstərir ki, böyük ehtimal, ABB bu il də yüksək mənfəət əldə edəcək. Bu isə mövcud və yeni səhmdarlarımız üçün yüksək gəlir deməkdir".
Nəbi Əliyev, " Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı tamamlanır. Bankın minlərlə yeni səhmdarı da builki mənfəətdən dividend ala biləcəkmi? sualına belə cavab verib:
"Əlbəttə, yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər".
Nəbi Əliyev, "Səhmdarların dividend qazancı nə qədər olacaq?" sualına da cavab verib:
"ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır. Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq".
ABB-nin İdarə Heyəti sədrinin müavini bildirib ki, artıq 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib: "Bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir. Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq".
Qeyd edək ki, ABB səhmlərinə ABB mobile tətbiqi, ölkəmizdəki əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
-
6 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 d. əvvəl
-
38 d. əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
6 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ən çox oxunanlar
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















