Azərbaycanda 30-a yaxın "Go Crispy" və "Tea Time" restoranı açılacaq - SAZİŞ İMZALANDI
Azərbaycanda 30-a yaxın "Go Crispy" və "Tea Time" restoranlarının açılması planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Qətərin "Al Baladi Holding" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb: “Həmin sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".
O. Məmmədov bildirib ki, sazişin əsas məqsədi Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır: "Bu yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir".
XXX
Bu gün Bakıda Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti ilə Qətərin "Al Baladi Holding" şirkəti arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
Sənədi "Green Capital Management" şirkətinin səhmdarları Adnan Əhmədzadə və Xəyal Qayıbov (həmçinin baş icraçı direktoru vəzifəsini icra edir), "Al Baladi Holding" şirkətinin sahibi və prezidenti Məhəmməd Abdullah Həməd Al İbrahim Al-Attiyah və icraçı direktoru Hani Al Sayyadi imzalayıblar.
Sazişə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu əməkdaşlıq "Go Crispy" və "Tea Time" populyar brendlərinin müstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir.
Bu sazişin imzalanması "Green Capital Management” ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən nüfuzlu Qətər konqlomeratı “Al Baladi Holding” arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Onlar birlikdə "Go Crispy" və "Tea Time" franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
Qeyd edək ki, "Green Capital Management" davamlı inkişaf və iqtisadi tərəqqiyə güclü diqqət yetirməklə müxtəlif sektorlarda strateji sərmayələrdə ixtisaslaşan aparıcı investisiya şirkətidir.
1989-cu ildə Qətərdə təsis edilmiş "Souq Al Baladi Group" qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)





.jpg)







