Birinci yarımildə yaşıl enerji istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin birinci yarımilində operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt·st olub.
Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 11 525,0 mln. kVt·st, SES-lərdə 1 581,1 mln. kVt·st, digər mənbələr üzrə isə 451,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt·st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 918,9 mln. kVt·st (İES-lərdə 10 452,1 mln. kVt·st, SES-lərdə 1 466,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224,0 mln. kV·ts (İES-lərdə 88,0 mln. kVt·st, SES-lərdə 105,5 mln. kVt·st, Günəş ES-də 30,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 392,6 mln. kVt·st təşkil edib.
2024-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 444,0 mln. kVt·st, idxalı isə 96,4 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 326,0 mln. kVt·st olub. İyun ayında elektrik enerjisinin idxalı 15,6 mln. kVt·st, ixrac isə 17,1 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























