Hər bir investor daha çox ABB səhmi ala bilər - DƏYİŞİKLİK
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) kütləvi təklif olunan yeni səhmlərinə abunə yazılışı ilə bağlı şərtlərdən biri dəyişib.
Marja.az xəbər verir ki, dəyişiliyə əsasən, 1-ci mərhələdə hər bir investor üzrə səhmlərə abunə yazılışının məbləği (üstünlük hüququ ilə alınan səhmlər istisna olmaqla) 325 000 ədəd artırılaraq 400 000 ədədə çatdırılıb. Əvvəlki qərar ilə səhmlərə abunə yazılışının məbləği üstünlük hüququ ilə alınan səhmlər istisna olmaqla hər bir investor üzrə maksimum 75 000 ədəd, minimum isə 100 ədəd səhm miqdarında müəyyən edilmişdi.
Xəbər verdiyimiz kimi, ABB hər birinin nominal dəyəri 27 qəpik (0,27 manat) olan 322 milyon ədəd yeni səhm buraxıb. Bu səhmlərin yerləşdirilməsilə 86 milyon 940 min manat, xərclər xarix isə xalis 86 milyon 503 min 100 manat cəlb edilməsi nəzərdə tutulur. Hazırda ABB-nin cəmi 1 milyard 225 milyon 647 min 819 manat dəyərində, hər birinin nominal dəyəri 27 qəpik olan 4 milyard 539 milyon 436 min 367 ədəd səhmi mövcuddur. Yerləşdirmə uğurla yekunlaşarsa Bankın səhmlərinin sayı 4 milyard 861 milyon 436 min 367 ədədə, nizamnamə kapitalı isə 1 milyard 312 milyon 587 min 819 manata yüksələcəkdir.
Abunə yazılışının müddəti 11.06.2024 - 10.09.2024 tarixi aralıqlarını əhatə edir. Sifarişlər, nominal qiymət 0,27 manatdan başlayaraq qəbul edilir. Abunə yazılışı prosesində iştirak etmək istəyən şəxslər ABB mobil üzərindən, Bakı Fond Birjasının üzvü olan 12 investisiya şirkətləri vasitəsilə, ABB-ninvə digər bankların filiallarına yaxınlaşaraq öz sifarişlərini verə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




