Metrodan daha çox sərnişin istifadə edib
2024-cü ilin birinci yarımilliyində metropolitendən 5.3 faiz çox sərnişin istifadə edibBakı metropolitenində 2024-cü ilin birinci yarımilliyinin göstəricilərində də ümumi sərnişin artımı müşahidə olunur.
Hesabat dövründə 113 milyon 195 min 216 sərnişin daşınıb. Onlardan 3 milyon 61 min 696-sı ödənişsiz metropolitenə daxil olan güzəştli sərnişinlərdir. Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində metropolitenə 621 min 952 sərnişin daxil olub.
Ümumilikdə, 2022-ci ilə nəzərən 12.2 %, 2023-cü illə müqayisədə isə 5.3 % daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3 % az sərnişin daşınıb.
Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Bütün sərnişinlərin 8.7 %-i və yaxud 9 milyon 827 min 14 sərnişin məhz bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8.2 %-i (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7.8 %-i (8 milyon 798 min 274 sərnişin) isə “20 Yanvar” stansiyasından istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























