"Azərpoçt"da böyük əməliyyat zərəri!
"Azərpoçt"un maliyyə xidmətləri üzrə gəlirləri azalıb."Azərpoçt" MMC 2023-cü ili 5 milyon 547 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2022-ci ili 4 milyon 336 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərpoçt" MMC-nin xalis mənfəəti 1 milyon 211 min manat və ya 27,9% artıb. Xalis mənfəətin artması investisiya qiymətli kağızlarından və əks-repo ənəliyyatlarından əldə edilən gəlirin artması ilə əlaqədardır.
Marja.az Şirkətin Maliyyə Hesabatına istinadən xəbər verir ki, "Azərpoçt" MMC-nin əsas əməliyyat gəlirləri (poçt xidmətləri, maliyyə xidmətləri üzrə) 2022-ci ildə 54 milyon 885 min manat ikən, 2023-cü ildə 47 milyon 35 min manata düşüb (7 milyon 850 min manat və ya 16,7% azalıb). Azalma əsasən "Azərpoçt"un maliyyə xidmətləri üzrə gəlirlərinin 23 milyon 250 min manatdan 14 milyon 769 min manata düşməsilə əlaqədardır. Şirkətin digər xidmətlərdən gəlirləri də azalıb.
Ötən il "Azərpoçt" MMC-nin əməliyyat xərcləri əməliyyat gəlirlərini üstələdiyindən Şirkətin 13 milyon 337 min manat əməliyyat zərəri yaranıb (2022-ci ildə 662 min manat əməliyyat gəliri əldə etmişdi).
Ötən il "Azərpoçt" MMC investisiya qiymətli kağızlarından əldə etdiyi 22 milyon 228 min manat və əks-repo ənəliyyatlarından əldə etdiyi 1 milyon 553 min manat gəlirlər Şirkətin əməliyyat zərərini və digər xərclərini bağlayıb və ili mənfəətlə başa vurmasını təmin edib. "Azərpoçt" MMC 2022-ci ildə investisiya qiymətli kağızlarından 10 milyon 274 min manat, əks-repo müqavilələri üzrə 33 min manat gəlir əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























