“Çindən ölkəmizə yüklər 8 gün yarıma gəlir. 250-dən çox blok qatarın göndərilməsi gözlənilir"
May ayının 20-21 tarixlərində Azərbaycan Dəmir Yolları nümayəndə heyətinin Çinə səfəri zamanı Orta Dəhliz vasitəsilə daşınan yüklərin artırılması müzakirə olunub.
Bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
O qeyd edib ki, səfər zamanı Çinin yükdaşıma və liman şirkətləri ilə danışıqlar aparılıb.
“Çindən ölkəmizə yüklər 8 gün yarıma gəlir, Qara dənizə isə 11 günə çatır. May ayında 25 blok qatar göndərilib. Əvvəl Çindən bizim dəhlizlə 10 blok qatar göndərilirdi. İyun ayında isə 40 qatarın göndərilməsi planlaşdırılır. İlin sonuna doğru 250-dən çox blok qatarın göndərilməsi gözlənilir. Bu o deməkdir ki, ay ərzində bizim dəhlizlə 50 civarında qatar gedə bilər”, - deyə R.Rüstəmov bildirib.
ADY sədrinin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ton və yaxud 9,3 faiz çoxdur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























