Azercell-in növbəti ESG tədbiri baş tutdu
(®) Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə) mövzusunda növbəti tədbirini uğurla həyata keçirdi. “Dayanıqlı İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT nümayəndələri bir araya gəldi.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin və mövcud vəziyyəti” mövzusunda çıxış edərək bildirdi ki, BMT-in Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitələrdən biri olan mobil əlaqə icmaların inkişafına böyük təsir göstərir:” Onu da qeyd edim ki, telekommunikasiya sektorunun iştirakçıları texnologiyanın ən həssas təbəqələr üçün əlçatanlığını artıraraq davamlı inkişafa daha çox töhfə verə bilər. Məsələn, son yeddi il ərzində qlobal miqyasda 2 milyarddan çox insan mobil telefonlar vasitəsilə internetə çıxış əldə edib. Bu da öz növbəsində rəqəmsal uçurumu azaltmağa və insanların informasiya resurslarına çıxışını daha da asanlaşdırıb.”
Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva müzakirələr apardılar.
Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları, dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri haqqında fikirlərini paylaşdı.
Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından danışdı.
Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verdi. Baş direktor qeyd etdi ki, Azercell-in ESG hesabatı mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin əsasını təşkil edən şəffaflıq və dayanıqlı inkişaf məsələlərində Azercell-in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





