Fındıq bağlarına da ziyan dəyib
Aqrar Sığorta Fondu son günlər hadisələrdən zərər çəkmiş Zaqatala və Qax rayonlarında görüşlər keçiribAqrar Sığorta Fondunun nümayəndələri kəskin hava şəraiti – intensiv yağışlar və dolu nəticəçində əkin sahələri zərər çəkmiş bölgələrdə görüşləri davam etdirir.
Fondun yaydığı məlumatda bildirilir ki, Mayın 27-də Fondun nümayəndələri güclü yağışlar və dolu vurmasından zərər çəkmiş Zaqatala rayonunun 3-cü Tala kəndi və Qax rayonunun Əlibəyli və Tasmalı kəndlərində fermerlərlə görüş keçiriblər.
Aqrar Sığorta Fondunun, yerli icra qurumları, Zaqatala və Qax Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərliyinin də iştirak etdiyi görüşlərdə təsərrüfatlara dəyən zərər müzakirə olunub, aqrar sığorta barədə geniş məlumat verilib.
Qeyd edək ki, son günlər bu bölgələrdə hadisələrə bağlı onlarla müraciət qeydə alınıb. Güclü yağış, sel-subasma və dolu yağması nəticəsində buğda, arpa, qarğıdalı əkinlərinə, tütün fındıq və digər bağlara ziyan dəyib. Bir neçə gün əvvəl baş verməsinə baxmayaraq kəndlərdə bəzi ərazilərdə əkin sahələri və bağlar hələ də su altındadır.
Görüşdə qeyd edilib ki, aqrar sığorta hava şəraiti nəticəsində təsərrüfatlara zərər vuran hadisələri qarşılayır və əkin sahələrini sığortalamış fermerlər dəyən zərərlərə görə sığorta ödənişləri alacaqlar.
Kəndlərdə keçirilən görüşlərdə məlum olub ki, fermerlərin bir hissəsi əkin sahələrini sığorta ediblər və bu sahədə baş verən hadisələr Aqrar Sığorta Fondunda qeydə alınıb. Bəzi fermerlər öz təsərrüfatlarına dəymiş zərər barədə elə görüşdəcə məlumat veriblər və onların müraciəti ASF əməkdaşları tərəfindən qeydə alınıb. Bildirilib ki, hazırda ölkənin digər regionlarında olduğu kimi, Şəki-Zaqatala bölgəsində də Fondun ekspertləri sığortalı təsərrüfatlarda dəyən zərərləri hesablamaqdadırlar, yekun qiymətləndirmədən sonra fermerlərə ödəniş ediləcək.
Eyni zamanda 3-cü Tala, Əlibəyli və Tasmalı kəndlərində görüşlərdə məlum olub ki, təsərrüfatı zərər çəkmiş bəzi fermerlərə daha əvvəl fond və yerli filiallar tərəfindən aqrar sığortadan istifadə etmək təklif olunsa da, onlardan bəziləri bu imkandan yararlanmayıb və ya əkin sahəsini sığortalamaqda gecikiblər. Belə vəziyyətlə üzləşdikdən sonra isə fermerlər əkin sahələrini hökmən vaxtında sığorta edəcəklərini bildiriblər.
Fermerlərin diqqətinə çatdırılıb ki, Azərbaycanda aqrar sığorta vasitəsilə 48 növ bitkini, o cümlədən zərər dəymiş bütün əkinləri sığortalamaq mümkündür. Aqrar sığortaya dövlət dəstəyi, yəni sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilərlər. Məsələn, Şəki-Zaqatala regionunda 1000 manatlıq buğda və ya arpa məhsulunun sığortalanması fermerlərə cəmi 20 manata başa gəlir. Bu məbləğ nəinki gözlənilən məhsulun qiymətindən, həm də fermerin əkin üçün sərf etdiyi vəsaitdən də 10 dəfələrlə azdır.
Fermerlərə xatırladılıb ki, 2023-cü ildə Aqrar Sığorta Fondun tərəfindən fermerlərə 4,4 milyon manat, bu ilin ilk 4 ayında isə 2 milyon manatdan çox ödənişlər edilib və bu proses davam etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
10 d. əvvəl
Süni İntellekt Əsaslı Çağrı Mərkəzlərinin Rəqəmsal Transformasiyada Rolu
-
-
19 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 47 d. əvvəl
-
53 d. əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Ən çox oxunanlar
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır
























