“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
Bu, qida məhsullarının istehsal proseslərinin təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sertifkatdır
“Ulduz” Şokolad Fabriki qida məhsullarının istehsal proseslərinin təhlükəsizliyini və keyfiyyətini təsdiq edən beynəlxalq “IFS Management” təşkilatının “IFS Food” sertifikatına layiq görülüb. “IFC Qida Təhlükəsizliyi Keyfiyyəti Standartı” müəssisələrdə məhsulların istehsalı, qablaşdırılması, daşınması, saxlanması və s. mərhələlərin canlılara zərər verməməsini təmin etmək üçün şərtləri əhatə edir. Bu standart Almaniya Pərakəndə Satıcılar Assosiasiyası və Fransa Pərakəndə Satıcılar Assosiasiyası əmtəə nişanları üçün keyfiyyət sertifikatıdır.
“Ulduz” Şokolad Fabrikinin rəhbəri Nüsrət Məlikov: “Bu sertifikat yerli istehlakçılarımızı məhsullarımızın keyfiyyətinə bir daha əmin etməklə yanaşı, “Made in Azerbaijan” brendi kimi ixrac potensialımızı artırmağa, məhsullarımızı xüsusil ilə Avropa bazarına çıxarmağa kömək edəcək. Hazırda mövcud olan “IFS Food”, “BRC”, “ISO 9001”, “ISO 22 000” və “Halal” sertifikatlarımızla kifayətlənmir, məhsul və proseslərimizi beynəlxalq standartlara uyğun təkmilləşdirməyə davam edirik”.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinin istehsal etdiyi məhsullar Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları, vafli istehsal edir. Fabrikdə şokolad Almaniya, Belçika və İtaliyada istehsal olunmuş ən müasir texnikadan istifadə edilərək hazırlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























